APA Jurnalist Məktəbi  yaradıldı
16 oktyabr 2024 13:37 (UTC +04:00)

APA Jurnalist Məktəbi yaradıldı

Azərbaycanda onlarla jurnalist üçün məktəb olmuş APA Media Group yeni layihəyə başlayıb.

Şirkət APA Jurnalist Məktəbini yaradıb. 

Məktəbin yaradılmasında məqsəd peşəkar, operativ, yeni media standartları ilə işləməyi bacaran jurnalist hazırlığı ilə məşğul olmaqdır. 

APA Jurnalist Məktəbində 3 ay davam edəcək ilk təlimlərə qeydiyyat bu gündən başlayır. Qeydiyyat oktyabrın 30-dək davam edəcək. Qeydiyyat ödənişsizdir.

Təlimlər həftədə 3 dəfə müəyyən olunmuş proqram üzrə aparılacaq. APA Jurnalist Məktəbində ilk təlimçilər tanınmış jurnalistlər Qabil Abbasoğlu və İlqar Əlfidir.
Bundan başqa, hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər.

Qeyd edək ki, APA Media Group Azərbaycanda online medianın ilk nümunələrini yaradan şirkətlərdəndir. Azərbaycanın onlarla tanınmış jurnalisti ilk fəaliyyətinə məhz bu şirkətdə başlayıb, yüzlərlə jurnalist bu günə qədər APA Media Groupda fəaliyyət göstərib.

Hazırda şirkətdə gənclərlə yanaşı, onlarla təcrübəli jurnalist və media mütəxəssisi  çalışır. Təlimlər çərçivəsində təlim iştirakçılarına APA Media Groupda təcrübə keçmək imkanı da yaradılacaq.

CV-lərinizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz.

[email protected]

070 712 72 73

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Oxşar yazılar

Yüzlərlə kişini özünə aşiq etdi:  Tarixin sirli casusu

Yüzlərlə kişini özünə aşiq etdi: Tarixin sirli casusu

17 oktyabr 2024 , 20:15
Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 19:33
Oktyabrın 19-u Bakıda bu yollar   bağlanacaq

Oktyabrın 19-u Bakıda bu yollar bağlanacaq

17 oktyabr 2024 , 16:43
Leysan yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 16:35
Güclü külək  əsəcək:  XƏBƏRDARLIQ

Güclü külək əsəcək: XƏBƏRDARLIQ

17 oktyabr 2024 , 15:39
Naxçıvanda erkən nikaha  cəhdin QARŞISI ALINDI

Naxçıvanda erkən nikaha cəhdin QARŞISI ALINDI

17 oktyabr 2024 , 15:27
 Güclü leysan   yağacaq - Sabahın HAVASI

Güclü leysan yağacaq - Sabahın HAVASI

17 oktyabr 2024 , 12:30
Bu rayonlara leysan yağır  - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

17 oktyabr 2024 , 09:39