“Açıq-saçıq geyinənləri zorlayın" deyən rejissor üzr istədi - VİDEO
12 iyul 2021 20:22 (UTC +04:00)

“Açıq-saçıq geyinənləri zorlayın" deyən rejissor üzr istədi - VİDEO

"Pantural” ləqəbli Tural Səfərov polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb".
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, o öz səhvini etiraf edib:

"Yaydığı həmin görüntüdən narazı qalan vətəndaşlardan üzr istəyib".

Qeyd edək ki, T.Səfərov videoda kobud səhv etdiyini və ifadələri düzgün seçməyərək çıxış etdiyini açıqlayıb:

“Azərbaycanın namuslu, qeyrətli kişilərindən, xüsusən də xanım və qadınlardan üzr istəyirəm”.

Qeyd edək ki, “Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini demişdi:

“Sən diskomfort yaşadırsan. Şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz. Başınızı üzmürük, ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”. 

Əlavə edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5841
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar