"8-ci km bazarı" niyə sökülür? - İcra hakimiyyətindən AÇIQLAMA
30 oktyabr 2024 17:45 (UTC +04:00)

"8-ci km bazarı" niyə sökülür? - İcra hakimiyyətindən AÇIQLAMA

Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırlması ilə bağlı tədbirlər görülür. 

Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur: “Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9654
avatar

Oxşar yazılar