4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək, bu, tədrisin keyfiyyəti üçündür.
Lent.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, monitorinq imtahanlarında 300 minə yaxın şagird iştirak edəcək: “İlk dəfə bu il 10 minə yaxın şagird bu imtahanları elektron qaydada verəcək”.