TQDK Türkiyə universitetlərinin magistratura pilləsinə sənəd qəbulu elan etdi
21 may 2011 13:00 (UTC +04:00)

TQDK Türkiyə universitetlərinin magistratura pilləsinə sənəd qəbulu elan etdi

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin təhsil ocaqlarına 2011-ci il yanvarın 1-i tarixinə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, 2011-ci il fevralın 20-də keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsindəki nəticəsi minimal tələbi ödəyən Azərbaycan vətəndaşları qəbul oluna bilərlər.

Magistratura səviyyəsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.

Bakalavrlar Türkiyə universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan doldurulmuş ərizə formasını, şəxsiyyət vəsiqəsini, “Bakalavr haqqında arayış”ı və hərbi xidmətdən möhlət haqqında sənədi mayın 23-dən iyunun 6-dək TQDK-da təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına (SQK-ya) təqdim edib qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007

Oxşar yazılar