ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” adlı IV Respublika Konfransı keçirilir - FOTO
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edərək gül-çiçək dəstələri düzüblər.
Respublika Konfransının plenar iclası universitetin akt zalında Azərbaycanın dövlət himni ilə başlayıb. ADU-nun rektoru professor Səməd Seyidov hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışıb. ADU-da prioritet istiqamətlərdən birinin müəllim peşəsini inkişaf etdirmək, müəllim yetişdirməklə bağlı təkliflər irəli sürmək olduğunu söyləyən Səməd Seyidov bu məsələ ilə bağlı müxtəlif orta və ali məktəblərlə fikir mübadiləsi apardıqlarını bildirib. Onun sözlərinə görə, konfransda da bu peşə ilə bağlı insanların iştirak edirlər. Təhsil Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi konfransı açıq elan edən Səməd Seyidov konfrans iştirakçılarına uğurlar arzulayıb, bölmələrdə aktiv fəaliyyət göstərməyə səsləyib.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov indiki dövrdə yalnız gənc nəslin deyil, orta nəslin də xarici dil bilməsini vacib sayıb. Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru Məmməd Əliyev ADU-nu təhsil sistemində xüsusi yeri olan ali məktəb adlandırıb. O, xarici dillərin metodikasının öyrənilməsi baxımından konfransı əhəmiyyətli hesab edir. Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru, professor Cihan Bulut Qafqaz Universiteti olaraq konfransın nəticələrindən faydalanacaqlarını dilə gətirib.
Sonra iştirakçılar məruzələrlə tanış oldular. ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri Gülnar Hüseynzadənin “Xarici dildə nitq davranışı mədəniyyəti nitq kommunikasiyasının adekvat komponenti kimi”, psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədovun “Ali məktəbdə xarici dilin tədrisinin psixoloji əsasları”, Aytən Kazımovanın “Ali təhsildə innovasiyalar və eksperimentlər” adlı məruzələri səslənib. ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında konfrans iştirakçılarını tanış edib.
Bununla da ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” adlı IV Respublika Konfransının plenar iclası başa çatıb. Konfrans bölmələrdə öz işini davam etdirir.
Qeyd edək ki, konfransa 154 məruzə daxil olub. ”Ali və orta məktəblərdə xarici dillərin tədrisinin psixo-pedaqoji əsasları və tədrisi problemləri”, “Xarici dillərin tədrisi prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron dərsliklərdən istifadə yolları”, “Xarici dillərin tədrisində innovativ metodlar və yanaşmalar”, “Xarici dillərin tədrisində ədəbiyyatın rolu” adlı bölmələrdə xarici dil tədrisi və metodikası ilə bağlı məruzələr səslənəcək, fikir mübadilələri aparılacaq.

1263