Mehmanxana işçiləri üçün kurslar keçiriləcək
Kurslar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Milli Kulinariya Mərkəzinin və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə keçirilir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq Şimal Qərb bölgəsi üzrə 20-30 mayda İsmayıllıda, Cənub bölgəsi üzrə 25 may - 05 iyunda Lənkəranda, Şimal bölgəsi üzrə 01-10 iyunda Xaçmazda, Qərb bölgəsi üzrə isə 05-10 iyunda Gəncədə xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi planlaşdırılır.
Təlim-tədris kurslarında əsasən otel menecmenti, qeyd-qəbul, masa xidməti, xadiməçilik və aşpazlıq ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər, Azərbaycan Turizm İnstitutunun və Milli Kulinariya Mərkəzinin mütəxəssisləri tədris edəcək.
Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə, turizmin inkişafına öz töhfəsini verəcək.
Xəyalə

1128