ETSN 4 ayda əkdiyi ağac və kol bitkilərinin sayını açıqladı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən 2011-ci ilin yanvar-aprel ayları ərzində dövlət meşə fondu torpaqlarında nazirliyin daxili imkanları hesabına 1304 hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 2 milyon 906 min ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əkilən ağaclar müəssisələrin öz tinglik sahələrində yetişdirilib.
Eyni zamanda müəssisələr tərəfindən müxtəlif ağac və kol cinslərindən 12 min 698 kq toxum tədarük edilib və 83,64 hektarda tinglik sahəsi salınıb. Bakı və onun ətraf ərazilərinin 140 hektar sahəsində isə 180 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.
Ümumiyyətlə, 2011-ci ilin yanvar ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika ərazisinin ümumilikdə, 1444 hektar sahəsində 3 086 000 ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.
Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.

1092