TQDK imtahanın nəticələri açıqladı
12 mart 2011 16:01 (UTC +04:00)

TQDK imtahanın nəticələri açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün bu gün test imtahanı keçirib.

Komissiyadan Lent.az-a bildiriblər ki, artıq imtahanın nəticələri saat 14:50-dən etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan hamısı imtahanda iştirak edib. Namizədlərdən 48 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 86 bal olub.

Xatırladaq ki, müsabiqənin yekun mərhələsi - müsahibə Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar