"Psixoloji dəstək üçün 20 mindən artıq müraciət olub" - Nazir
27 aprel 2020 17:54 (UTC +04:00)

"Psixoloji dəstək üçün 20 mindən artıq müraciət olub" - Nazir

“Təhsil sahəsində xidmət göstərən təhsil müəssisələri, fərdi tədris göstərən hüquqi və fiziki şəxslərə dövlət başçısı tərəfindən imzalanan sərəncamlara uyğun dəstək mexanizmi nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu günə qədər 800-ə qədər subyektə 6 milyon manatdan artıq vəsait ödənilib: “Əsas məqsəd bu sahələrdə çalışan şəxslərin əmək haqlarını vaxtlı-vaxtında ödənməsidir. Eyni zamanda qeyd edim ki, aprelin 6-dan Təhsil Nazirliyinin “Qaynar xətti” 146-3-ə zəng vuran hər bir şəxsə psixoloji dəstək fəaliyyətə başladı. Bu günə qədər 20 mindən artıq müraciət olub. Ötən il fəaliyyətə başlayan İnnovativ sistem vasitəsilə müəllimlərimiz tərəfindən tibbi avadanlıq, plastik üz sipəri hazırlandı. 1500-ə yaxın üz sipəri səhiyyə işçilərinə, bir qismi polislərə də paylanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1510
avatar

Oxşar yazılar