Zəngəzur dəhlizinin planı hazırlanır
06 avqust 2021 13:00 (UTC +04:00)

Zəngəzur dəhlizinin planı hazırlanır

"Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd hissəsinin layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır".

Lent.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, sözügedən yolun uzunluğu 123, 8 km. olacaq, yol 4-6 hərəkət zolaqından ibarət olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Oxşar yazılar