Zakir Həsənov Qazaxıstanın müdafiə naziri ilə görüşüb
21 aprel 2014 16:44 (UTC +04:00)

Zakir Həsənov Qazaxıstanın müdafiə naziri ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovu qəbul edib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

 

Daha sonra Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Qazaxıstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq S.Axmetov "Şərəf Kitabı"nı imzalayıb.

 

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Z.Həsənov iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib. Regional təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquq normalarına uyğun həllinə nail olunmasının vacibliyini bildirib.

 

Öz növbəsində S.Axmetov dövlətlərarası əlaqələrin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsi ilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.

 

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldı Jumabayev də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577
avatar

Oxşar yazılar