Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasına səfəri başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İranda iki günlük rəsmi səfərdə olan nazir Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də günün ikinci yarısında Bakıya qayıdıb.