YUNESKO-nun keçmiş baş direktoru Bakıya gələcək
12 iyun 2013 16:22 (UTC +04:00)

YUNESKO-nun keçmiş baş direktoru Bakıya gələcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə YUNESKO-nun 1987-1999-cu illər üzrə baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvü Federiko Mayor Zaragoza  iyul ayında Bakıya səfərə gələcək.

Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Səfərin əsas məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət planının qurulması, eləcə də dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə fəaliyyət göstərəcək Qlobal Liderlər Şurasının təsisinin elan olunmasıdır. 

Səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunun növbəti fəaliyyət planının  müəyyənləşdirilməsi də nəzərdə tutulur. Federiko Mayor Zaragoza bildirib ki, Cənubi Qafqaz Forumunun Bakı toplantısının böyük uğuru sivilizasiyalar alyansının qurulmasında böyük addım olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar