YUNESCO-nun sabiq baş direktoru: “Azərbaycan nümunədir”
16 iyul 2013 17:46 (UTC +04:00)

YUNESCO-nun sabiq baş direktoru: “Azərbaycan nümunədir”

 

Xarici işlər naziri Elmar Məmmədyarov Madrid Klubunun Sülh, Mədəniyyət Fondunun sədri, YUNESCO-nun sabiq baş direktoru Federiko Mayor Zaragozanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti və müstəqil qeyri-ticarət təşkilatı olan Madrid Klubu arasında əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi vacib sayılıb.

 

Elmar Məmmədyarov Madrid Klubu və Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin birgə təşəbbüsü ilə bu yaxınlarda Bakıda keçirilən konfransın işini müsbət qiymətləndirib, tərəflər arasında imzalanmış Beynəlxalq Əməkdaşlıq Memorandumunun əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib. Federiko Mayor Zaragoza çox mədəniyyətli və tolerant ölkə kimi Azərbaycanın dünya üçün nümunə olduğunu bildirib, qadınların Azərbaycan cəmiyyətindəki rolunu və gender bərabərliyinin qorunub saxlanılmasını yüksək qiymətləndirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Oxşar yazılar