Yəhudilər də İlham Əliyevə səs verəcək
19 sentyabr 2013 12:05 (UTC +04:00)

Yəhudilər də İlham Əliyevə səs verəcək

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Boris Simanduyev yəhudilərin seçkilərdə prezident İlham Əliyevə səs verəcəyini bildirib.


Lent.az-ın verdiyi məlumata görə, bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dini konfessiyaların təmsilçilərinin toplantısında çıxış edən Boris Simanduyev deyib ki, Azərbaycan sürətlə inkişaf edir, xalqlar arasında dostluq münasibətləri hökm sürür.

Onun sözlərinə görə, Azərbaycanın sürətli inkişafının əsasını Heydər Əliyev qoyub, İlham Əliyev bu kursu davam etdirir. O, yəhudilərin prezident İlham Əliyevə səs verəcəyinə əmin olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar