Yaponiya rəsmiləri SAM-ın qonağı olub 
22 avqust 2013 20:35 (UTC +04:00)

Yaponiya rəsmiləri SAM-ın qonağı olub 

 Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Yaponiyanın rəsmi nümayəndələrini qəbul edib. SAM-dan APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Yaponiyanın Müdafiə Nazirinin Parlamentar müavini Masahisa Sato, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, hərbi attaşe Hiroki İşida, birinci katib Ginga Kobayaşi, Yaponiya Müdafiə Nazirliyinin əməkdaşları Atsuo Suzuki, Hideomi Tambo, Toşifumi İdequçi, Yuiçiro Obata, Dəniz Müdafiə Qüvvələrinin Kapitan-Leytenantı Kenci Okumura daxil olub.

 

Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb, iki ölkə arasında mövcud olan sıx dostluq münasibətlərini və ölkə rəhbərliyinin Yaponiya ilə əlaqələrə böyük önəm verdiyini xüsusilə vurğulayıb.

 

Görüş zamanı tərəflər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələləri, ölkələrin yerləşdiyi müvafiq regionlarda siyasi - iqtisadi vəziyyəti, eləcə də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları mövzularını müzakirə ediblər.

 

Tədbirdə rəsmi şəxslər, XİN-nin və SAM-ın əməkdaşları və s. qonaqlar da iştirak ediblər.

 

Görüşün sonunda qonaqlar gələcəkdə Yaponiya və Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün öz dəstəklərini əsirgəməyəcəklərini vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar