YAP Qurtuluş Gününü qeyd etdi
13 iyun 2013 19:05 (UTC +04:00)

YAP Qurtuluş Gününü qeyd etdi

 Yeni Azərbaycan Partiyası (YAP) 15 iyun – Qurtuluş Günü münasibətilə tədbir keçirib.


 

APA-nın məlumatına görə, mərasimi giriş nitqi ilə açan YAP sədrinin müavini-icraçı katib Əli Əhmədov deyib ki, Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya və dağılmaqdan xilas edib: “Bu 20 il ərzində tərəqqi, inkişaf, islahatlar, quruculuq-abadlıq işləri görülüb. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır”.

 

Ə. Əhmədov Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu söyləyib: “İnsanların ölkəsinə, dövlətinə, prezidentinə inamı artıb. Bu inamın nəticəsidir ki, Azərbaycan vətəndaşları yenidən İlham Əliyevin namizədliyinin irəli sürülməsi qənaətinə gəlirlər”.

 

Ə. Əhmədov hakimiyyətə iddialı olan bəzi müxalifət qurumlarını xaricdən layihələşdirilən proseslərin iştirakçısı olmaqda ittiham edib.

 

YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova 20 il öncə ölkədəki siyasi-iqtisadi vəziyyəti xatırladaraq, həmin dövrü mövcud sosial-iqtisadi mühitlə müqayisə edib. B. Muradovanın sözlərinə görə, Azərbaycan xalqı zamanı, tarixi prosesləri göz önünə gətirməli və seçkilərdə mövqeyini müəyyənləşdirməlidir: “Biz bu gün 20 il əvvələ baxaraq, qazandıqlarımızı götür-qoy edə bilərik. Bizim ən böyük nailiyyətimiz Azərbaycan dövləti oldu. Bu dövr ərzində xalqımızın özünə inamı da artdı. Zaman gələcək, bu dövrü özündə əhatə edəcək əsərlər yazılacaq və filmlər çəkiləcək”.

 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov 1990-cı ilin əvvəllərində ölkədəki ictimai-siyasi vəziyyət, Heydər Əliyevin Naxçıvan rəhbərliyinə gətirilməsi haqda danışıb. E. İbrahimov bildirib ki, Qurtuluş Günü Azərbaycan üçün çox önəmli bayramdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar