YAP prezident İlham Əliyev üçün toplanacaq imzaların sayını dəqiqləşdirib
16 iyul 2013 12:20 (UTC +04:00)

YAP prezident İlham Əliyev üçün toplanacaq imzaların sayını dəqiqləşdirib

 

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qərargahında prezident seçkiləri dönəmində imza toplanılması ilə bağlı seminar keçirilir.

Lent.az-ın verdiyi məlumata görə, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, Seçki Məcəlləsinə uyğun olaraq hər bir namizəd üçün seçici imzaları toplanmalı və Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.

Siyavuş Novruzov bildirib ki, hər bir namizədin müdafiəsi üçün 40 min seçici imzası, əlavə də də 10 min imza toplanılır. Bu günkü tədbirdə Bakı, Abşeron və Sumqayıtdan 37 dairənin üzvlərinin iştirak etdiyini söyləyən Siyavuş Novruzov deyib ki, Seçki Məcəlləsinə əsasən, hər birindən ən azı 50 nəfər olmaqla, 60 dairədən imzalar toplanılmalıdır: “Ancaq biz 60 dairədən deyil, 125 dairədən də imza toplayacağıq. Bakı, Abşeron və Sumqayıtda YAP-ın 198 min 243 nəfər üzvü var. Bu dairələrdən 12 min 100 imza toplanılmalıdır. Bitərəflər, prezidenti dəstəkləyənlər bir kənara qoyulsa, partiya üzvlərimizin 8 faizinin imzası toplanılmalıdır. İstənilən sayda imza toplanılmalıdır. Ancaq imzaların səliqəli şəkildə toplanılması üçün bu günkü seminarı təşkil etmişik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825
avatar

Oxşar yazılar