YAP-ın icra katibi Cəmil Həsənli barədə sənəd göstərdi
17 sentyabr 2013 20:13 (UTC +04:00)

YAP-ın icra katibi Cəmil Həsənli barədə sənəd göstərdi

Bu gün İctimai Televiziyada Azərbaycan prezidentliyinə namizədlərin ilk debatı keçirilib.

 

APA-nın xəbərinə görə, debatda prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı sənəd nümayiş etdirib və onun təqaüdə çıxması məsələsində müəmma olduğunu bildirib.

 

Ə.Əhmədov Azərbaycanda təqaüdə çıxma yaşı 63 olduğu halda, Cəmil Həsənlinin iki il əvvəl rəsmən təqaüdə çıxdığını və keçmiş millət vəkili kimi aylıq 2 min manat təqaüd aldığını bildirib: “Amma siz 1952-ci ildə anadan olmusunuz və təqaüd yaşınıza hələ iki il var. Belə olan halda dövlət qurumlarını necə aldadıb təqaüdə çıxa bilmisiniz?”

 

Səlahiyyətli nümayəndə qeyd edib ki, müvafiq qurumlar onun rəsmi sorğusuna cavab veriblər və bəlli olub ki, C.Həsənli xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb: “Cəmil Həsənlinin təqdim etdiyi arayışda onun yaxşı görmədiyi vurğulanıb. Amma indiyə qədər onu eynəkdə görən olmayıb. Bu isə onu deməyə imkan verir ki, Cəmil Həsənli dövlət qurumlarını aldadıb. Onun təqdim etdiyi arayışda ancaq yüngül, az iş saatı olan işdə işləməsinin mümkünlüyü də vurğulanıb”.

 

C.Həsənli isə onun üçün ayrılmış efir vaxtında Ə.Əhmədovun söylədiklərinə münasibət bildirməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1843
avatar

Oxşar yazılar