Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib. İclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılması barədə məsələ ətraflı müzakirə edilərək qərar qəbul olunub. YAP İdarə Heyətinin iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən olunması və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar çıxarılıb.
İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında qərar qəbul olunub.