Xorvatiya parlamentinin spikeri İosip Lekonun başçılıq deputatlardan ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb. Tərəflər arasında qısa protokol söhbəti olub.
İ.Leko azərbaycanlı həmkarı Oqtay Əsədov və digər dövlət rəsmiləri ilə görüşəcək. Onun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulur.