XİN başçısı İsmayıl Safiyi qəbul edib
19 fevral 2014 00:34 (UTC +04:00)

XİN başçısı İsmayıl Safiyi qəbul edib

Fevralın 18-də xarici işlər naziri  Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti İsmayıl Safiyi qəbul edib.

 

Lent.az-ın məlumatına görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələr haqda danışıb, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin region ölkələri üçün olan əhəmiyyətini vurğulayıb.

 

İsmayıl Safi nazir Elmar Məmmədyarova rəhbərlik etdiyi fondun fəaliyyəti və gələcək planları haqda ətraflı məlumat verib. Azərbaycanla Fond arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351
avatar

Oxşar yazılar