XİN: Razılaşdırmadan edilən səfərlər qanunsuzdur
27 avqust 2013 12:33 (UTC +04:00)

XİN: Razılaşdırmadan edilən səfərlər qanunsuzdur

Elman Abdullayev: “Səfər faktı təsdiqlənsə, işğal altında olan ərazilərimizə səfər etmiş şəxslərin adları “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək”


 

Xarici İşlər Nazirliyi Rusiyadakı səfirliyimizə bu ölkənin bir sıra ictimai xadimlərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfəri barədə məlumatı araşdırmağı tapşırıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, əgər səfər faktı təsdiqlənsə, o zaman ölkəmizin işğal altında olan ərazilərinə səfər etmiş şəxslərin adları “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.

 

“Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır. Azərbaycanın müvafiq strukturları ilə razılaşdırmadan edilən bu kimi səfərlər qanunsuzdur və Azərbaycanın dövlət sərhədi haqqında qanunun kobud şəkildə pozulmasıdır. Rəsmi İrəvan bu cür təxribatlarla adamları aldadaraq Azərbaycanın işğal altında olan ərazilərinə aparır. Bu bir daha işğalçılıq təfəkküründən uzaqlaşmayan, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə hər yolla zərər vurmağa çalışan rəsmi İrəvanın militarist mahiyyətini təsdiqləyir. Rəsmi İrəvan bu yanaşma ilə əsl niyyətini – status-kvonu qorumaq və Azərbaycan torpaqlarının işğalını davam etdirmək niyyətini nümayiş etdirir.   

 

Xatırladaq ki, Moskvanın “Ermənistan-Rusiya əməkdaşlığı” təşkilatının dəvəti ilə Rusiyanın bir sıra jurnalist və ictimai xadimi Ermənistana səfər ediblər. Ermənistan mətbuatının yazdığına görə ayın 30-dək davam edəcək səfər çərçivəsində heyət üzvləri Dağlıq Qarabağa da gediblər. Nümayəndə heyətinin tərkibinə Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Anna Çapman, Rusiya İctimai Palatasının üzvü Denis Dvornikov və başqaları daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar