XİN: Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır
15 iyul 2013 15:41 (UTC +04:00)

XİN: Ermənistan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır

“Azərbaycan öz prinsipial mövqeyini daim səsləndirir.


 

Bu mövqe ondan ibarətdir ki, sülh prosesini ölü nöqtədən tərpətmək üçün Ermənistan Silahlı Qüvvələri ən azı Azərbaycanın işğal altında olan ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır”. Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu gün ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə toxunan Elman Abdullayev bildirib ki, erməni qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmağa başlaması sülh prosesinin davam etdirilməsinə baza yarada bilər.

 

Xatırladaq ki, Edvard Nalbandyan mətbuat konfransında bildirib ki, iyulun 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vyanada görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin yalnız işğal altında olan ərazilər azad edildikdən sonra davam etdirilə biləcəyi məsələsinə toxunulmayıb.

 

Elman Abdullayevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində olması sülh prosesini irəli aparmağa imkan vermir: “Beynəlxalq ictimaiyyəti həmişə çaşdırmağa çalışan erməni tərəfi münaqişənin nizamlanması prosesini uzatmaqla öz işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Dünya ictimaiyyəti artıq bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Beynəlxalq təşkilatların qəbul etdiyi bütün sənədlərdə Ermənistan təcavüzkar ölkə kimi qəbul olunur. Dünya birliyi rəsmi İrəvana layiqli şəkildə təzyiq göstərməlidir. Çünki sülh prosesinin irəliləməsinə Ermənistanın siyasi iradə nümayiş etdirməməsi və ortaya qeyri-konstruktiv mövqe qoymasıdır”. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Oxşar yazılar