XİN-dən Zeynəb Xanlarova ilə bağlı qalmaqala münasibət
29 avqust 2013 19:12 (UTC +04:00)

XİN-dən Zeynəb Xanlarova ilə bağlı qalmaqala münasibət

Xarici İşlər Nazirliyi xalq artisti Zeynəb Xanlarovaya ABŞ-ın ölkəmizdəki konsulluğu tərəfindən viza verilməməsi, xarici işlər naziri Elmar Məmmədyarovun bu məsələyə müdaxiləsinin də nəticəsiz qalması barədə KİV-də yazılanlara münasibət bildirib.

 

Lent.az-ın verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA TV-nin “Manşet” verlişində bildirib ki, xarici ölkələrin Azərbaycan vətəndaşlarına viza verib-verməməsi məsələsi ilə Xarici İşlər Nazirliyi məşğul olmur.

 

Elman Abdullayev deyib ki, hər bir ölkənin konsulluğu həyata keçirir: “Azərbaycan vətəndaşı o ölkənin qoyduğu kriteriyadan keçmirsə, ona viza verməkdən imtina olunur. Ancaq son zamanlar bir çox ölkələr tərəfindən Azərbaycan vətəndaşlarına viza verilməsinin uzadılması xəbərləri bizə də çatır. Azərbaycan heç bir ölkənin viza verib-verməməsi məsələsinə qarışa bilməz, digər ölkələr də Azərbaycanın kiməsə viza verib-verməməsinə qarışa bilməz”.

 

Elman Abdullayev  buna görə Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi ilə bağlı müzakirələrin aparıldığını da söyləyib: “ ABŞ tərəfindən vətəndaşlarımıza viza verilməsinin uzadılması məsələsini də eşitmişik. Azərbaycan tərəfindən vizalar tez və qısa müddətdə verilir. Biz Azərbaycana xarici vətəndaşların çox gəlməsində maraqlıyıq. Ancaq hər hansı xarici ölkəyə səfər etmək istəyən vətəndaşlarımız belə əngəllərlə üzləşdikdə, hansısa kriteriyalara əməl etməyiblərsə, o kriteriyaları yerinə yetirsinlər. Əks halda, bu məsələni sərt şəkildə o ölkənin qarşısında qaldırsınlar. Vətəndaşlarımız bütün mərhələləri keçibsə, kriteriyalar yerinə yetirilibsə, vizalar verilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4227
avatar

Oxşar yazılar