Xədicə İsmayılova sabah yenə ifadə verəcək
18 fevral 2014 22:52 (UTC +04:00)

Xədicə İsmayılova sabah yenə ifadə verəcək

Jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində ifadə verib.

 

“Bizim yol”un xəbərinə görə, o, sabah saat 11.00 –də  yenidən eyni idarəyə gedəcək.

 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.

 

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar