Xədicə İsmayıl küçə süpürəcək
10 iyul 2013 20:02 (UTC +04:00)

Xədicə İsmayıl küçə süpürəcək

"İsmayıllıya dəstək" aksiyasında iştirakına görə cərimələnən jurnalist Xədicə İsmayıl paytaxt küçələrini süpürəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə jurnalist facebook səhifəsində məlumat verib. Məhkəmənin barəsində tətbiq etdiyi 400 manat cəriməni ödəməkdən imtina edək X.İsmayıl 220 saat icrabi əməyə cəlb olunacaq.

"Xatırlayırsınızsa, mitinqə qatıldığım üçün mənə kəsilən qanunsuz cəriməni ödəməkdən imtina etdiyimə görə 220 saat ictimai işlər cəzasına məhkum olunmuşdum. Bu gün həmin cəzanın icrası ilə bağlı Məhkəmə qərarlarının icrası şöbəsinə çağırılmışdım. Getdim. Bu sənədi təqdim etdilər. 220 saat dalandar və ya süpürgəçi işi görmək təklif olunur. İzah etdilər ki, dalandar - arxa küçələri, süpürgəçi mərkəzi küçələri süpürür. Mən yəqin ki, sabah gedib süpürgəçi işini görəcəyim barədə iltizam verəcəyəm. Növbəti həftədən işə başlayacağıq". 


X. İsmayılova bildirib ki, gündə 4 saat bu işi görmək öhdəliyi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4544
avatar

Oxşar yazılar