Vyanada Azərbaycan Akademik Birliyinin ofisi açıldı
03 iyul 2013 16:32 (UTC +04:00)

Vyanada Azərbaycan Akademik Birliyinin ofisi açıldı

Vyanada Avstriya, Sloveniya ve Slovakiyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin ofisi açılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, şəhərin mərkəzində yerləşən ofis-qərargahın açılışında Azərbaycanın Avstriyadakı səfirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Avstriya tələbə təşkilatlarının təmsilçiləri iştirak ediblər.

 

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov deyib ki, 2013-cü il iki ölkənin münasibətlərinin inkişafında və Azərbaycanın Avstriyada təbliğ olunmasında mühüm irəliləyişlərlə yadda qalacaq. Çünki məhz bu il ölkə prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfər edib, mühüm görüşlər keçirilib, daha sonra Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Onun sözlərinə görə, Azərbaycan Akademik Birliyinin ofisinin açılışı ilə bu ölkədə Azərbaycanı təbliğ edən, həmvətənlərimizin bir araya gəlməsinə şərait yaradan yeni dayaq nöqtəsinin əsası qoyulur.

 

Azərbaycan Akademik Birliyinin sədri Elvin Süleymanov rəhbərlik etdiyi qurumun 11 il bundan əvvəl yaradıldığını bildirib. Onun sözlərinə görə, ötən müddət ərzində təşkilat Azərbaycanı təbliğ edən müxtəlif səpkili tədbirlər keçirib və Avstriyadakı diasporumuzun ən böyük təşkilatına çevrilib. Mərasimdə Qalib İsrafilova, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadova və Vyanada fəaliyyət göstərən “İron Fist” idman cəmiyyətinin rəhbəri Bülent Sağlama xatirə hədiyyələri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881
avatar

Oxşar yazılar