Ümid Partiyası Qadınlar Təşkilatına yeni sədr seçildi
26 aprel 2014 17:14 (UTC +04:00)

Ümid Partiyası Qadınlar Təşkilatına yeni sədr seçildi

Ümid Partiyasının Qadınlar Təşkilatı partiyanın Mərkəzi Qərargahında növbədənkənar dördüncü  konfransını keçirib. Bu barədə Lent.az-a partiyadan məlumat verilib. konfransa hazırlıq üzrə  Təşkilat komitəsinin sədri Solmaz  Kosayeva  Təşkilat Komitəsinin işi ilə bağlı hesabat verib.  O, konfransa seçilmiş 110 nəfər nümayəndədən 102  nəfərin iştirakı etdiyini qeyd edib.

 

Təşkilati məsələyə baxılıb və Səidə Hüseynova Ümid Partiyası Qadınlar Təşkilatına yeni sədr seçilib. 

 

Sonda Ümid Partiyasının sədri, millət vəkili, İqbal Ağazadə çıxış edərək ölkədəki ictimai-siyasi  vəziyyətdən, qadınların cəmiyyətdəki  rolundan danışıb. Qadınları ictimai-siyasi proseslərdə  aktiv olmağa, ölkənin tale yüklü məsələlərinə biganə qalmamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar