Uğurlu strateji xətt
20 iyun 2013 14:08 (UTC +04:00)

Uğurlu strateji xətt

0

Bu gün Azərbaycan Qafqaz regionunda ən böyük iqtisadi, siyasi, mədəni  mərkəzə çevrilmək potensialına və açıq cəmiyyətə malik olan, tərəqqi edən bir ölkədir. Hər bir yeni uğurun arxasında isə düşünülmüş, məqsədyönlü, praqmatik siyasət dayanır. Uğurlu strateji xəttin reallaşması, qarşılaşdığımız hər bir çətinliyin aradan qaldırılması və ölkənin gələcək inkişafının təmin olunması Prezident İlham Əliyevin siyasi təcrübəsi, peşəkarlığından olduqca asılıdır.

Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi  beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli respublika Prezidenti İlham Əliyevdir. İlham Əliyevin fəaliyyəti onun ümummilli siyasi liderə layiq şəxsiyyət olduğunu isbat etmişdir. Prezidentin  özünün də etiraf etdiyi kimi : “Bu gün Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayır, davam etdirilir və yeni formalarda zənginləşdirilir.”

Prezident İlham Əliyevin Azərbaycan siyasətində qazandığı uğurlar, müasir bir siyasətçi kimi özünü təsdiq etməsi, siyasi proseslərin inkişafında təsiredici gücə malik olması, milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial davranışları, eləcə də mənəvi-əxlaqi keyfiyyətləri Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin xalqın istəklərini təmin edən faktor oldu. Xalq təkcə ona görə bu liderə inanmır ki, o, Heydər Əliyev siyasi kursunun davam etdirilməsində israrlıdır, həm də inanır ki, o, sadəcə olaraq, belə bir missiyanı həyata keçirməyə qadir olduğunu sübuta yetirmişdir. İlham Əliyev heç vaxt ictimai rəyi ələ almaq, onu öz tərəfinə çəkmək üçün xüsusi metodlarla işləməyə can atmayıb, amma bunun əvəzində konkret addımları ilə cəmiyyətdə və siyasətdə xüsusi yeri olduğunu nümayiş etdirə bilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirərək, ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişafı, demokratik dövlət idarəçiliyi modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, respublikanın iqtisadi inkişafının təmin olunması istiqamətində tarixi nailiyyətlərə yol açır. İlham Əliyevin 10 illik müvəffəqiyyətli fəaliyyəti sübut edir ki, o, ölkənin inkişafında, əhalinin təhsil səviyyəsinin yüksəldilməsində, ölkəyə Qərb həyat tərzinin gətirilməsində, milli kimliyimizin qorunub saxlanılmasında, təbliğində, respublikamızı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqda maraqlıdır.

Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Yüksək etimad və inam hissinin mövcudluğu Prezidentin uğurlu strateji xəttində təzahür etməklə etibarlı siyasi kursun davamına qarant verir. Gələcək nailiyyətlərin,Azərbaycanın daha parlaq inkişafı naminə atılan addımların təməlində duran uğurlu strateji xəttin sadələşdirilmiş və konkretləşdirilmiş sxematik təsvirini belə ifadə etmək olar:

varislik prinsipinə sadiqlik obyektiv zərurətə dayanan lider imici rasional strategiya praqmatik siyasət

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar