Türkiyənin xarici işlər naziri Azərbaycana səfərə gəlib
16 iyul 2013 22:40 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Azərbaycana səfərə gəlib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlib.


APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq aeroportunda Əhməd Davudoğlunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və səfirliyin digər əməkdaşları qarşılayıb. Ə. Davudoğlu jurnalistlərə açıqlama verməyib.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Ə. Davudoğlunun səfər çərçivəsində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

İki ölkənin xarici işlər naziri səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək.

Səfər sabah başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728
avatar

Oxşar yazılar