Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz mayın 14-də Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Səfər mayın 15-dək davam edəcək.