Türkiyə səfiri: “Bu qərarın heç bir mənası yoxdur”
11 aprel 2014 10:14 (UTC +04:00)

Türkiyə səfiri: “Bu qərarın heç bir mənası yoxdur”

0

“Tarixi bu şəkildə saxtalaşdırmaq olmaz”


Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ABŞ Senatının Xarici əlaqələr komitəsinin uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. APA-nın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, bu qərarın heç bir mənası yoxdur.

 

Səfir bildirib ki, bu məsələyə siyasi qiymət vermək doğru deyil: “Bu, tarixçilərin işidir, tarixi bu şəkildə dəyişmək, saxtalaşdırmaq olmaz. Bu qərarın heç bir anlamı yoxdur”.

 

Türkiyə XİN-in atacağı addımlara gəlincə, diplomat bu haqda konkret fikir söyləməyib: “Hər hansı addım atılanda bunu görəcəksiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1177

Oxşar yazılar