Türkiyə səfiri: “Azərbaycan xalqının dəstəyi bizi duyğulandırdı”
16 may 2014 18:40 (UTC +04:00)

Türkiyə səfiri: “Azərbaycan xalqının dəstəyi bizi duyğulandırdı”

“Somada kömür şaxtasında faciəyə Azərbaycanda böyük diqqət göstərildi.


 

 Bu, qardaş kimi həm sevincdə, həm kədərdə şərik olduğunu bir daha göstərdi. Başda prezident, spiker olmaqla Azərbaycan xalqına təşəkkür edirik. Bu dəstək bizi son dərəcə duyğulandırdı”.

 

APA-nın verdiyi məlumata görə, Bunu “APA TV-nin “Manşet” verilişinin qonağı olan İsmail Alper Coşkun söyləyib.

 

İsmail Alper Coşkun deyib ki, belə sıxıntılı dövrdə qardaşın dəstəyi çox mühümdür.

 

Səfirin sözlərinə görə, kömür mədənində 284 nəfər həyatını itirib, 18 nəfərin taleyi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791
avatar

Oxşar yazılar