Tural Abbaslı azadlığa buraxılıb
22 avqust 2013 13:22 (UTC +04:00)

Tural Abbaslı azadlığa buraxılıb

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb.

 

Qeyd edək ki, T. Abbaslı bu il avqustun 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka azadlıqdan məhrum edilib. O, bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən razılaşdırılmamış aksiyada iştirakına görə 600 manat cərimələnib.

 

Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. T. Abbaslı bu qərarı da icra etmədiyinə görə, həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar