Təbrizdəki baş konsulumuz şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
30 noyabr 2013 20:14 (UTC +04:00)

Təbrizdəki baş konsulumuz şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb

Təbrizdəki  baş konsulumuz Əli Əlizadə Təbriz şəhər Bələdiyyəsinin yeni sədri Sadiq Nəcəfi ilə görüşüb.

 

Baş konsulluqdan APA-ya verilən məlumata görə, Sadiq Nəcəfini bələdiyyə sədri seçilməsi münasibətilə təbrik edən baş konsul Əli Əlizadə, Bakı ilə Təbrizin qardaşlaşmış şəhərlər olduğunu, Bakı və Azərbaycanın digər şəhərləri ilə iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində Təbriz şəhərinin də önəmli rola malik olduğunu bildirib.

 

Təbrikə görə təşəkkürlərini bildirən bələdiyyə sədri Təbrizlə Bakı və Azərbaycanın digər şəhərləri arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində bir çox ortaq zəminlərin olduğunu vurğulayıb, Təbriz Bələdiyyəsinin də əlaqələrin daha da inkişafı və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.

 

Görüşdə bələdiyyələr arasında əlaqələrin gələcək inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962
avatar

Oxşar yazılar