Sudan Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xarici İşlər Nazirliyində Sudan səfirliyinin əməkdaşı ilə ilkin tanışlıq görüşü keçirilib.
Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.