Siyavuş Novruzov: “Gedib bir molla tapsınlar...”
21 avqust 2013 22:13 (UTC +04:00)

Siyavuş Novruzov: “Gedib bir molla tapsınlar...”

“Milli Şura üzvləri bir yaxşı molla tapsınlar və molla bir fatihə duası oxusun. Milli Şura tabutda olan ölüdür. Ölünü yerdən götürmək üçün yalnız molla lazımdır. Molla yaxşı bir fatihə duası oxusun. Bununla da onların işi yekunlaşır”.

 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “media forum” saytına açıqlamasında belə deyib. O bildirib ki, müxalifət prezident seçkisində iştirak etmək şansını itirib: “Artıq zaman gedib. Müxalifət getsin, bələdiyyə seçkisinə hazırlaşsın”.

 

YAP icra katibinin müavini hesab edib ki, Milli Şura rəhbərliyinin hazırda seçkidə iştirakla bağlı apardığı müzakirələrin heç bir nəticəsi olmayacaq: “Elə-belə söhbət edirlər. Onların nə danışmalarının, nə etmələrinin hakimiyyət üçün heç bir fərqi yoxdur. Namizədlərinin Milli Şuradan, yoxsa kənardan olmasının, hansısa partiyanın lideri olmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. İstər bir namizəd müəyyənləşdirsinlər, istər hamısı namizəd olsun. Bizim üçün bu, əhəmiyyət kəsb etmir. Çünki YAP-ın namizədinin alternativi yoxdur. Biz artıq öz namizədimiz üçün imza toplanmasını başa çatdırmışıq, imzaları Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Hazırladığımız proqrama uyğun olaraq fəaliyyətimizi davam etdiririk. YAP-ın kifayət qədər potensialı var. Seçki də azad, demokratik formada keçiriləcək. Kim cənab İlham Əliyevə alternativ olmaq istəyirsə, buyursun”.

 

Siyavuş Novruzov qeyd edib ki, Milli Şuranın əvvəldən heç bir perspektivi olmayıb: “Ona görə də nəticəsi belə oldu. Əvvəlcə Rüstəm İbrahimbəyovun namizəd olması haqda qərar verirlər, sonra da hərəsi bir fikrə düşür, xəyallara dalır. Saf niyyətlə yaradılmayan təşkilatlın heç bir perspektivi ola bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2035
avatar

Oxşar yazılar