Siyavuş Novruzov: “Bəzi partiyalar Krıma ara qarışdırmağa gedir” - <span style="color:red;">YENİLƏNİB
04 aprel 2014 16:39 (UTC +04:00)

Siyavuş Novruzov: “Bəzi partiyalar Krıma ara qarışdırmağa gedir” - YENİLƏNİB

Yeni Azərbaycan Partiyası Ukrayna ilə, xüsusilə Krım ətrafında baş verən hadisələrlə bağlı mövqeyini açıqlayıb. Lent.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, partiyanın və onun sədrinin Ukrayna ilə bağlı mövqeyi tam aydın ifadə olunub.

 

“Hətta hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burda dəstək göstərmək əvəzinə, bir qrupu Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər tərəfdən isə bir qrupu Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə Krıma ara qarışdırmağa gedir. Sonradan isə sual olunur ki, İsmayıllı hadisələri niyə baş verdi? Qeyd etməliyəm ki, Krıma gedənlər elə İsmayıllıya gedənlər idi. Hadisələrin nəticəsini gözləmədən hər hansı bir azərbaycanlıya qarşı qıcıq yaratmağa ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə dəstək vermək istəyirlərsə, o zaman buyursunlar, hər biri öz bəyanatı ilə çıxış edə bilər”.

 

S. Novruzov həmçinin deyib ki, bu ilki bələdiyyə seçkiləri ilə bağlı qəbul edilən qanun layihələri ən yüksək standartlara uyğundur. Bələdiyyələrlə bağlı Milli Məclisdə 40-a yaxın qanun qəbul edilib və bələdiyyələrə kifayət qədər status verilib: “Bələdiyyələrin ixtiyarında kifayət qədər bələdiyyə mülkiyyəti mövcuddur. Lakin onlar həmin mülkiyyətlərdən səmərəli istifadə etməlidirlər. Daha ordan gələn gəlirləri öz aralarında bölüşdürməli deyillər. Digər istehsal sahələri yaratmaq, məktəblər açmaq lazımdır. Təəssüf ki, gəlirlər bələdiyyə üzvləri arasında əmək haqqı şəklində bölüşdürülür. Bu da təbii ki, düzgün deyil”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484
avatar

Oxşar yazılar