Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarında keçirdiyi irimiqyaslı hərbi təlimləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan izləyib.
APA-nın “Azadlıq” radiosunun erməni redaksiyasına istinadən xəbərinə görə, onu Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan müşayiət edib.
Atıcı silahlardan istifadə olunan təlimlərdə hərbi aviasiya da iştirak edib.