“Üç-dörd aydan sonra Ermənistanın AŞ-da sədrlik müddəti başa çatır. Bundan sonra adıçəkilən quruma Avstriya və daha sonra Azərbaycan sədrlik edəcək”. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin komitə sədri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, Azərbaycan hazırda AŞ-da yüksək səviyyədə qərarlaşıb: “İstər Ermənistan, istəsə də başqa bir dövlət olsun, bizə təzyiq göstərmək istəyərsə, Azərbaycanın böyük müqaviməti ilə qarşılaşacaq”.
Millət vəkili onu da qeyd edib ki, ölkəmiz güclüdür və bunun nəticəsində haqq səsimizi dünyaya çatdıracağıq.