Səfirliklər prezident seçkiləri ilə bağlı bəyanat yaydı
28 avqust 2013 13:24 (UTC +04:00)

Səfirliklər prezident seçkiləri ilə bağlı bəyanat yaydı

Avropa Birliyinin Bakıdakı nümayəndəliyi quruma üzv dövlətlərin Azərbaycandakı missiya rəhbərləri ilə birgə razılaşdıraraq, ABŞ və Norveç diplomatik missiyaları ilə birlikdə bəyanatla çıxış edib.


 

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, seçkilərin yaxınlaşdığını nəzərə alaraq, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi seçki prosesinin hamı üçün açıq, şəffaf və etibarlı şəkildə keçməsini ürəkdən arzulayır və buna ümid edir:

 

“Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və növbəti il Avropa Şurasında Sədrlik edəcəyi baxımından, aşağıdakı aspektlərin mühümlüyü daha da artır və onlar daha çox ictimai xarakterə malik olur.

 

Demokratik siyasi ifadə və sərbəst toplaşmaq azadlığının reallaşması məqsədilə azad və açıq məkanın fəaliyyət göstərməsi üçün biz hökuməti zəruri şərait təmin etməyə çağırırıq.

 

Biz hökuməti cəmiyyətin bütün dairələrini, o cümlədən müstəqil qeyri-hökumət vətəndaş cəmiyyəti təşkilatlarını konstruktiv dialoqa cəlb etməyə çağırırıq.

 

Seçkilərin hamı üçün açıq, şəffaf və açıq şəkildə keçməsini dəstəkləmək üçün hökumətin beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yaxından işləməsini tövsiyə edirik.

 

Hər zaman olduğu kimi, hökumətin göstərdiyi səyləri və seçki prosesinin hamı üçün açıq, tam şəffaf və etibarlı şəkildə hazırlanması və təmin edilməsi üçün hər bir tərəfin atacağı addımı hökumətlə konstruktiv dialoqda müzakirə etmək arzusunda olan vətəndaş cəmiyyəti üzvlərinin cəhdlərini dəstəkləməyə hazırıq”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar