Səfir: “Pakistanda ölənlərin sayı 400-ü keçib”
26 sentyabr 2013 13:13 (UTC +04:00)

Səfir: “Pakistanda ölənlərin sayı 400-ü keçib”

Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 400-ü keçib, zərərçəkənlərin sayı isə təxminən 200 min nəfərdir.


 

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov APA-ya açıqlamasında bildirib ki, bu barədə Pakistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Səfirliyin apardığı araşdırma nəticəsində zəlzələdən zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olmadığını qeyd edən diplomat Pakistana ilk olaraq Azərbaycanın yardım təklif etdiyini bildirib: “Azərbaycandan sonra Çin, İran, Türkiyə və Böyük Britaniya Pakistana yardım etmək üçün müraciət edib. Hələlik Pakistan öz daxili imkanları hesabına zəlzələnin fəsadlarını aradan qaldırır. Ehtiyacı yaranarsa, Pakistan Azərbaycanın yardımını qəbul edəcək”.

 

Qeyd edək ki, sentyabrın 25-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətində 7.7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində əsasən yoxsul insanların evləri dağılıb.

 

Pakistan hökuməti əhaliyə yardım üçün hərbçiləri fəlakət zonasına göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar