Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
20 iyun 2013 16:28 (UTC +04:00)

Səfir: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

“İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Lent.az-ın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla ilə görüşdə deyib.

 

Məcburi köçkünlərin şəraiti ilə yerindəcə tanış olduğunu deyən səfir, qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır.

 

Görüşdə əməkdaşlıq məsələləri, o cümlədən hakimlərin və digər hüquqşünasların peşəkarlığının artırılması, təcrübə mübadiləsi məqsədilə beynəlxalq seminarlarda iştirakı və digər maraq kəsb edən məsələlər müzakirə olunub.

 

Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə də tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414
avatar

Oxşar yazılar