Sarkisyan Azərbaycanı hədələdi
02 oktyabr 2013 18:24 (UTC +04:00)

Sarkisyan Azərbaycanı hədələdi

Ermənistan prezidenti Serj Sarkisyan AŞPA-dakı çıxışından sonra assambleya üzvlərinin suallarını cavablandırıb. APA-nın Strasburq müxbirinin xəbərinə görə, S. Sarkisyan Azərbaycanın müharibəyə başlamaq istədiyini bir neçə dəfə təkrarlayaraq, belə bir halın Azərbaycan üçün pis nəticələnəcəyini deyib.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serj Sarkisyana belə bir sual ünvanlayıb: “Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Buraya Dağlıq Qarabağa heç vaxt aid olmayan Azərbaycana məxsus digər iri rayonlar da aiddir. Bundan başqa, Ermənistan bu gün Gürcüstan və Türkiyə kimi digər qonşu ölkələrə də ərazi iddiası ilə çıxış edir. Eyni zamanda təhlükəli oyunlar da oynayırsınız. Avropa Birliyinə söz verirsiniz və sonra da gedib Gömrük İttifaqına daxil olursunuz. Məgər Ermənistan anlamır ki, qonşularla düşmənçilik siyasətinin sonu yoxdur?”

Serj Sarkisyan sualı belə cavablandırıb: “Əlbəttə, sizin dediyiniz bu siyasətin sonu yoxdur, amma belə bir siyasətin Ermənistana heç bir aidiyyəti də yoxdur. Türkiyəyə qarşı bizim heç bir ərazi iddiamız yoxdur. Əgər belə bir faktı gətirib qabağıma qoysanız, mən sizdən üzr istəməyə hazıram. Gürcüstana gəldikdə isə, bu da mənim üçün yenilikdir və sizin dedikləriniz gülməlidir. Biz gürcü xalqı ilə qardaş xalqıq və bu ölkə ilə hansısa problemlərimiz olarsa, biz bunları bir qardaş kimi həll edərik. Suveren bir ölkə kimi Ermənistan Respublikası Avropa Birliyinə, Gömrük İttifaqına və yaxud “İslam həmrəyliyi təşkilatı”na girmək haqda qərarlar verə bilər. Biz oyun oynamırıq, siyasətlə məşğul oluruq və bu siyasətimizi xalqımızın maraqlarına uyğun şəkildə qururuq. Azərbaycan ərazilərinin işğalına gəldikdə, sizə məsləhətim odur ki, bir az coğrafi biliklərinizi artırasınız və bu zaman bəlkə mövqeyinizdə dəyişiklik baş verər. Biz müharibənin başlanmasını istəmirik, lakin Azərbaycan bu münaqişənin güc yolu ilə həll edilməsinə girişmək istəsə, o zaman onun ərazilərinin 20 deyil, 25 və daha çox faizi – sizin sözünüzlə desək – “işğal” oluna bilər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2339
avatar

Oxşar yazılar