Şahin Abdullayev: ”Diplomatların ölkədən çıxarılması məsləhətdir”
20 avqust 2013 17:58 (UTC +04:00)

Şahin Abdullayev: ”Diplomatların ölkədən çıxarılması məsləhətdir”

Şahin Abdullayev: “Misirdə qalan Azərbaycan vətəndaşlarının dəqiq sayını müəyyənləşdirmək çətindir”


 

Misirdə yaşayan 48 Azərbaycan vətəndaşının təxliyyəsindən sonra Azərbaycanın bu ölkədəki səfirliyinə hələ də vətənə qayıtmaqla bağlı müraciətlər daxil olmaqda davam edir. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl səfirliklə əlaqəsi olmayan vətəndaşlar təxliyyə xəbərini eşitdikdən sonra səfirliyə müraciət ediblər: “Elə insanlar da var ki, əvvəlcədən müraciət ediblər, lakin sonradan əlaqə saxlayaraq bildiriblər ki, gedə bilmirlər, yaxud da vətəndaşın sənədləri qaydasında olmayıb, viza müddəti bitib... Belə problemlər də üzə çıxır. Biz, hər halda, müraciətlərə baxırıq. Əgər müəyyən bir qrup, say formalaşarsa, vəziyyət həqiqətən də gərginləşərsə, o zaman müvafiq addımlar atılacaq”.

 

Ş. Abdullayev bildirib ki, Misirdə qalan Azərbaycan vətəndaşlarının dəqiq sayını müəyyənləşdirmək çətindir: “Elə vətəndaşlar var, məzuniyyətə gediblər. Təhsilini bitirib Azərbaycana qayıdan, amma bu barədə bizə məlumat verməyən tələbələr də var. Problem olanda bizə müraciət edirlər, üstəlik, çoxları Qahirədə deyil, ölkənin digər şəhərlərində işləyirlər. İyunun 30-da Misirdə “ikinci inqilab” adlandırılan hadisələrdən sonra biz bütün vətəndaşlarımıza müraciət etmişik ki, kimin imkanı varsa, ölkəni tərk etsin. Lakin qeydiyyatda olan vətəndaşlarımızla həmişə əlaqə saxlayırıq. Azərbaycan bu məsələni dövlət səviyyəsində diqqətdə saxlayır, daim izləyir, eyni zamanda səfirliyin “qaynar xətt”i fəaliyyət göstərir”.

 

Səfirliyin fəaliyyəti barədə sualı cavablandıran Ş. Abdullayev hazırda diplomatik nümayəndəlikdə cəmi iki diplomatın çalışdığını söyləyib: “Hazırda mən və birinci katib Elnur İsmayılov səfirlikdə qalıb. Ailə üzvlərimiz iyunun sonlarından Misirdən çıxarılıb. Son təlimatda qeyd olunub ki, diplomatların təhlükəsizliyini təmin etmək üçün onların da ölkədən çıxarılması məsləhətdir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar