Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Thabo Mbeki mayın 6-da Azərbaycana səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Thabo Mbeki 1999-2008-ci illərdə Cənubi Afrika Respublikasına rəhbərlik edib.
Cənubi Qafqaz Forumuna qatılacaq sabiq prezidentlər arasında Boliviyanın keçmiş dövlət başçısı Jorge Quiroga da var. Ümumilikdə beynəlxalq foruma dünyanın 50-dən çox ölkəsindən sabiq dövlət və hökumət başçısı, eləcə də 400-ə yaxın nüfuzlu elm, mədəniyyət xadimi və beynəlxalq ekspertlər dəvət olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumunun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Alyansıdır.