Sabah Milli Məclisin (MM) növbədənkənar yaz sessiyasının ilk iclası keçiriləcək.
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun Lent.az-ın verdiyi məlumata görə, iclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında” (üçüncü oxunuşda), “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” (üçüncü oxunuş), “Gömrük tarifi haqqında” (ikinci oxunuş) və “İctimai iştirakçılıq haqqında” (ikinci oxunuş) qanun layihələri müzakirə olunacaq.
İnzibati Xətalar Məcəlləsi və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər də müzakirəyə çıxarılacaq.