Bu gün Rustavi şəhərinin Çavçavadze prospektində Heydər Əliyev adına istirahət parkının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parkın girəcəyində qoyulan Heydər Əliyevin abidəsinin açılışını Gürcüstanın baş naziri Bidzina İvanişvili, Azərbaycanın Mədəniyyət Naziri Əbülfəs Qarayev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev həyata keçiriblər. Mərasimi Gürcüstanın Mədəniyyət Naziri Quram Odişariya açaraq sözü həmkarı Əbülfəs Qarayevə verib. Sonra Heydər Əliyevin 90 illiyinə həsr olunan tədbirdə Gürcüstanın baş naziri Bidzaina İvanişvili çıxış edərək, görkəmli siyasətçi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Gürcüstan-Azərbaycan xalqlarının dostluğunu yeni səviyyəyə qaldırdığından söhbət açıb: “Bu gün Azərbaycanın ictimai-siyasi xadimi və böyük oğlu Heydər Əliyevin heykəlinin açılışıdır. O, Azərbaycan xalqının ümummilli lideridir. Bu şəxsiyyət qüdrətli və möhkəm Azərbaycanın təməlini qoyub. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük əməyi olub. Bu gün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin Qara dənizin sahillərinə çatmasında məhz Heydər Əliyevin təşəbbüsü və təkidi böyük rol oynayıb. O zamanlar bu layihənin həyata keçirilməsi üçün başqa seçim və yollar var idi. Lakin onun təşəbbüsü ilə bu layihə Gürcüstan ərazisindən keçdi. Bu mövqeyi dəyərləndirməmək olmaz. Bu heykəlin açılması ilə biz nəinki Heydər Əiyevin xatirəsini əziz saxlayır, eyni zamanda Gürcüstan-Azərbaycan dostluğuna böyük hörmət bəsləyirik. Biz hər zaman cəhd göstərməliyik ki, Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyəyə çatsın. Azərbaycan bizim dostumuz və tərəfdaşımızdır. Biz hər iki ölkənin inkişafına və çiçəklənməsinə çalışmalıyıq”.
Sonra tədbirdə Rustavinin “Cücələrim” ansamblının ifasında gürcü və Azərbaycan dilində mahnılar nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları parkı gəziblər. Park bir hektaradək sahəni əhatə edir. Tikinti 2009-cu ildən başlayıb. Park və onun ətrafında Bakıdan gətirilən xüsusi işıqlandırma sistemi yaradılıb. Parkda fəvvarələr, uşaqlar üçün meydançalar düzəldilib, müxtəlif dekorativ ağaclar və yaşıllıqlar salınıb, dincələnlər üçün stullar quraşdırılıb. Parkın layihəsi Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlığı və ARDNŞ-in dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, energetika naziri Kaxa Kaladze, parlamentin vitse-spikeri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Gürcüstan parlamenti